17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Böyük döyüş yenidən başladı – SON DƏQİQƏ
İraqın hökumət gücləri üçgünlük fasilədən sonra Mosula hücumu bərpa ediblər.
Emtv.az xəbər verir ki, bu haqda İraq ordusundakı mənbəyə istinadən “Reuters” agentliyi bildirib.
Əməliyyatın hədəfi şəhəri iki hissəyə bölən Dəclə çayının şərqidir. Əməliyyatda İraq ordusunun elit bölmələri və peşmərgə gücləri (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) iştirak edir.
İŞİD terror qruplaşmasının mövqeləri aviazərbələrə və artilleriya atəşinə məruz qalıb. İŞİD döyüşçüləri atıcı silahlar və minaatanlardan cavab atəşi açırlar. İraq ordusunun briqada generalı Hayder Fadilya bildirib ki, İŞİD kamikadzelərin idarə etdiyi avtomobillərin köməyi ilə hücumu dayandırmağa çalışır.
Xatırladaq ki, Mosul əməliyyatı ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin dəstəyi ilə oktyabrın 17-də başlanıb. Əməliyyat qüvvələrin yenidən qruplaşdırılması üçün ötən həftə dayandırılmışdı.