SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Prezidentə hesabat təqdim edəcəyi gün öldürüldü – “Nə İraq, nə də başqa ölkə qalacaq”

26-10-2016, 10:23 | Oxunub: 8 142 |

Prezidentə hesabat təqdim edəcəyi gün öldürüldü – “Nə İraq, nə də başqa ölkə qalacaq”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 19-da “Misaki Milli” (Milli And) bəyannaməsinin xatırlandığı çıxışından sonra bu məsələ mətbuatın gündəmini tutub.
Emtv.az xəbər verir ki, “Star” qəzetində dərc olunan bir yazıda “Misaki Milli”nin sərhədlərinə daxil olan İraqın Mosul vilayətində araşdırmalar aparan Raif Karadağın ölümündən bəhs edilib.
Ankaranın “milli vəzifə” üçün 1964-ci ildə Mosula göndərdiyi Raif Karadağ 5 il sonra geri dönür. O, topladığı sənədləri Türkiyə prezidenti Fahri Korutürkə təqdim edəcəyi gün – 12 dekabr 1973-cü ildə otel otağında öldürülür.
Məlumata görə, dövlət Raif Karadağa neft və Mosul mövzusunu araşdırmağı tapşırmışdı. Karadağın daha rahat işləməsi üçün ona “səfir müşavirliyi” statusu verilməsi gündəmə gəlmişdi. O, Türkiyə və ingilis arxivlərində Türkiyənin xeyrinə olan sənədlərlə tanış olduqdan sonra Diyarbakır-Mosul xəttində neft araşdırmaları aparıb. Sultan Əbdulhəmidin təlimatı ilə hazırlanan hesabatları araşdıran Karadağ Türkiyənin özünə 100 il kifayət edəcək neftinin olduğu qənaətinə gəlir. Karadağ 50 il əvvəl sanki bu günün də şəkilini çəkmişdir: “Bu nefti bizə verməzlər. Bölgədə nə İraq, nə də başqa bir ölkə qalacaq. Hamısını tarixdən siləcəklər”.
Karadağ bu sözləri öldürülməsindən bir gün əvvəl söyləmişdi. Ailəsinə onun xroniki ürək çatmazlığı ilə əlaqədar öldüyü deyilmişdi. Amma onun ailəsində heç bir ürək xəstəsi olmayıb. Bundan başqa, 53 yaşında öldürülən Karadağ heç dərmandan istifadə etməyib. Ailəsi cəsədin yarılmasını istəsə də, bunu etməyiblər. Hadisənin baş verdiyi otel otağında ürək dərmanının olduğu bir paket tapılmışdı. Maraqlıdır ki, paket yeni açılmış və içindən yalnız bir ədəd dərman götürülmüşdü.
Oğlu Murad Karadağ ölümünün bütün Türkiyədə şübhəli hesab edilməsinə baxmayaraq, atasının cəsədinin yarılmadığına diqqət çəkir. O, atasının Mosul və Türkiyə nefti ilə əlaqədar araşdırmaya qurban getdiyini bildirib.
Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.
1926-cı ildə iraqlılarla imzalanan müqaviləyə əsasən, əgər Kərkük-Mosul bölgəsi Bağdad hakimiyyətinin əlindən çıxarsa, Türkiyə Cümhuriyyəti dərhal və qeyd-şərtsiz sözügedən ərazidə haqq sahibi olacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR