17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hədəfə tuş gələn icra başçısı təşviş içindədir!
Referendumdan sonra bəzi icra başçılarının yola salınacağı haqda xəbərlər yayılmaqdadır
Emtv.az-a verilən özəl məlumata görə, siyahı üzrə iş gedir.
Mənbə bildirib ki, 2016-cı ildə özünü yaxşı tərəfdən göstərə bilməyən, haqqında müxtəlif xəbərlər çıxan, sakinlərin ən çox şikayət etdiyi regionların icra hakimlərinin statistikası hazırlanır.
Prezident masasına qoyulacaq siyahıda ilkin olaraq bir neçə nəfərin adı keçir. Əldə etdiyimiz xəbərə görə, qovluqda Bakının Suraxanı rayon icra başçısının da adı var.
Məlumatda deyilir ki, İlqar Abbasovun başı xeyli vaxtdır dərddədir.Onun bir neçə ay qabaq qeyri-rəsmi məclislərin birində söylədiyi sözə görə postunu itirmək təhlükəsi sovuşmayıb.
İcra başçısının dedikləri yuxarı dairələrdə qəzəblə qarşılanıb. Yada salaq ki, İ.Abbasov həmkarlarından birinin nəvəsinin ad günü məclisində iştirak edib.
Orada mətbuatın məmurlardan yazmasından şikayətlənərək "Guya ölkə rəhbərliyi bilmir ki, biz nə edirik” deməsi mediaya sızıb və ajiotaj doğurub.
Bundan sonra Suraxanı rayon rəhbərinin başı üzərində qara buludlar dolaşmaqdadır.
Mənbənin qeydlərinə görə, İ.Abbasov həmkarlarına təsəlli verərək mətbuatın yazdıqlarına əhəmiyyət verməməyə çağırmışdı. Artıq Prezident Administrasiyasında araşdırmalar aparılır.
Emtv.az onu da xəbər verir ki, rayonun Yeni Suraxanı qəsəbəsinin icra başçısı və komandasının gəlir mənbəyinə çevrildiyi aşkar olunub.
Araşdırma zamanı o nəticəyə gəlinib ki, qəsəbə tikinti meydançasına və torpaq dəllalarının bazarına çevrilib. Qəsəbənin Yuxarı Mədən, 6-cı Köndələn və başqa küçələrində şıdırğı torpaq alveri gedir.
Yeni Suraxanı bələdiyyəsinin sədri Rəşad Mirzəyev rayon icra başçısının torpaq biznesində mühüm kadrı hesab olunur.Bakının bu qəsəbəsi sanki torpaq satışı üçün salınıb.
Suraxanı rayon icra başçısı İlqar Abbasov artıq Bülbülə, Əmircan, Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi qoymayıb, indi də Yeni Suraxanını satışa çıxarıb.
Xatırladaq ki, İ.Abbasov bunları demişdi: “Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir.
Yazırlar ki, sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq?”.
Qarşı tərəfi dinləməyə hazırıq.