18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rövnəq Abdullayev: "Şamaxının kəndlərinin bütün infrastrukturu..."
Bu gün Şamaxı rayonunun Dəmirçi kəndinədə, eyni adlı çayın üzərində tikilmiş körpünün açılış mərasimi keçirilib.
Emtv.az xəbər verir ki, SOCAR-dan yerli mediaya verilən məlumata görə, verilən məlumata görə, açılış mərasimində adıçəkilən şirkətin prezidenti Rövnəq Abdullayev, ''BP-Azerbaijan'' şirkətinin prezidenti Qordon Birrell, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəmirçi çayı üzərində tikilmiş körpü ümumi əhalisi 1 000 nəfərə qədər olan 3 kəndi Şamaxı rayonunun mərkəzi ilə əlaqələndirəcək.
Kənd sakinləri qarşısında çıxış edən R.Abdullayev deyib ki, körpünün inşası prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: "İnfrastrukturun yeniləşməsi nəticəsində tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək".
SOCAR prezidenti daha sonra vurğulayıb ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək, bütün evlərin dam ortüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək.