20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
RÖVNƏQ ABDULLAYEV PREZİDENTLƏ GÖRÜŞDÜ
Dünyanın ən güclü cüdoçuları Bakıya gəlir
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb.
"EMTV.az" xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.
Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika Qran-Prisi və “Böyük dəbilqə” turnirlərində medlallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabrında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R.Abdullayev bu yarışlarda rekord sayıda cüdoçuların mübarizə apardığını qeyd edib.
Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti mayda Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib.
2017-ci ilin yanvarında beynəlxalq dərəcəli hakimlərin seminarının keçiriliməsinin də Bakıya həvalə olunduğunu söyləyən M.Vizer bu tədbirdə cüdoda olimpiadadan sonra yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, İJF-nin 2 il əvvəl yaranmış akademiyası ilə ACF arasında əməkdaşlığa başlanılacaq.
Sonra M.Vizer İJF-nin xüsusi hədiyyəsini ACF prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.