17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCANLI GƏNC RƏSSAMIN ƏSƏRLƏRİ "İNTERNATİONAL ART BOOK" KİTABINDA DƏRC OLUNUB
Azərbaycanlı gənc rəssam İlqar Talıbovun rəsm əsərləri Londonda “International Art Book” kitabında dərc olunub.
"EMTV.az" xəbər verir ki, Nyu-Yorkun “Agora” qalereyası ilə əməkdaşlıq edən rəssamın kitabı 45 min tirajla nəşr olunacaq.
Bundan başqa, qalereyanın keçirdiyi “Emerging Vision” sərgisinin bir hissəsi olaraq, rəssamın əsərləri “Art Expo New York” beynəlxalq incəsənət sərgisində də nümayiş olunub.
Qeyd edək ki, İlqar Talıbov Bakıda anadan olub. Məhz buranın mədəniyyət və ideyalar mühiti onun yaradıcılıq ruhuna böyük təsir göstərib. Futurizm və kubizm cərəyanının nümayəndələrinin işlərindən ilhamlanan rəssam, bütün rəsmlərində hərəkət və çoxtərəflilik ifadə etmək üçün unikal dinamika yaradır. Rəssamın 2001-ci ildə Bakıda “Sanat Art” qalereyasında “İncəsənət və idman”, 2006-cı ildə isə “Qız qalası” qalereyasında “Reallıq, təxəyyül və fantaziya” adlı fərdi sərgiləri də açılıb. Hər iki sərgi Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyilə baş tutub.