SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİ

23-01-2016, 14:19 | Oxunub: 19 281 |

NAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİ
Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından biri olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 124 illiyi münasibətilə tədbir keçirilib.

"EMTV.az" xəbər verir ki, əvvəlcə naxçıvanlı rəssamlar və sənətsevərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Naxçıvan şəhərindəki binasından başlayaraq Bəhruz Kəngərlinin şəhərdəki məzarınadək yürüş edib, ilk realist fırça ustasının məzarüstü abidəsinin önünə gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq, Bəhruz Kəngərlinin həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, onun istər portret, istər mənzərə, istərsə də natürmort janrlarında yaratdığı çoxsaylı əsərlər rəssamın son dərəcə həssas və dərin düşüncə tərzindən xəbər verir.

Natəvan Qədimova vurğulayıb ki, bu gün muxtar respublikada görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb. Bəhruz Kəngərlinin də yaradıcılıq irsi dövlətimiz tərəfindən qayğı ilə əhatə olunaraq qorunmaqdadır. 2002-ci ilin yayında doğma Naxçıvanımızda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bəhruz Kəngərli Muzeyinin açılışı olub. Ulu Öndər rəssamın yaradıcılığına böyük dəyər verib. Naxçıvanda fəaliyyət göstərən Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib. 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” və elə həmin il Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında sərəncamları bu irsə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı, muxtar respublika Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı, Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması rəssamın yaradıcılıq irsinin təbliği üçün geniş imkanlar yaradıb. Onun Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanan 195 əsərinin surəti muzeyə gətirilib. İlk dəfə olaraq B.Kəngərlinin əsərlərindən ibarət albom-kataloq hazırlanıb, rəssamın məzarüstü abidəsi abadlaşdırılıb, poçt markası buraxılıb, onun adını daşıyan sərgi salonunda əsərlərindən ibarət sərgi təşkil edilib və digər işlər görülüb.

“Düşünürəm ki, rəssamın yaradıcılığı öz mahiyyəti etibarilə bu gün müasir gəncliyimiz üçün də nümunədir”, – deyən mədəniyyət və turizm naziri bildirib ki, Bəhruz Kəngərli irsi daim yaşayacaq, onun bir-birindən maraqlı əsərləri öz mahiyyəti və məzmunu ilə insanların mənəvi aləminə təsir edəcəkdir.

“Azərbaycan rəssamlıq məktəbində Bəhruz Kəngərli yaradıcılığının rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva deyib ki, qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla, həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. O, vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən olan Tbilisi şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biridir. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.

Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev “Bəhruz Kəngərli yaradıcılığında “Qaçqınlar” silsiləsi” mövzusundakı çıxışında qeyd edib ki, rəssam 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və sair portretlər təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirməklə yanaşı, həm də onların böyük mədəniyyətin daşıyıcısı olduqlarını diqqətə çatdırmağa çalışıb.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev çıxışlarında rəssamın həyat və yaradıcılığından ətraflı söhbət açıblar. Bildirilib ki, görkəmli rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.

Sonda tədbir iştirakçıları muzeyin eksponatları ilə tanış olublar.


NAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİNAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİ
NAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİNAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİ
NAXÇIVAN MR-da BƏHRUZ KƏNGƏRLİNİN 124 İLLİYİ QEYD EDİLDİ

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR