18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KÖNÜLLÜ BƏLƏDÇİLƏR ÜÇÜN TƏLİMLƏRƏ YEKUN VURULUB
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində şəhərə gələcək çoxsaylı əcnəbi qonaqların tarixi məkanlarla tanışlığını təmin etmək məqsədilə könüllülərdən ibarət bələdçilər üçün keçirilən təlimlərə yekun vurulub.
"EMTV.az" xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilən təlimlərdə şəhərdə fəaliyyət göstərən ali məktəblərin 50-dən çox tələbəsi, həmçinin könüllülər iştirak ediblər. Təlimlər “Gələcəyə körpü” Gənclər İctimai Birliyi mərkəzində AMEA Tarix İnstitunun doktorant və dissertantlarından ibarət gənc alimlər tərəfindən aparılıb. Həvəskar bələdçilərə Gəncənin turizm marşrutu üzrə şəhərdə yerləşən dini, mədəni abidələr, muzeylər, qalereyalar, digər görməli yerlər haqqında dolğun məlumat verilib.
Təlimlərdə bələdçi könüllülər, həmçinin Gəncədə doğulub boya-başa çatan dahi şəxsiyyətlər - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, eləcə də bir sıra elm və mədəniyyət xadimləri, tarixi qəhrəmanlar barədə ətraflı məlumat ala biliblər.