18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
GƏNCƏDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL QEYD EDİLDİ
Gəncədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi coşqu ilə qeyd edilib.
"EMTV.az" xəbər verir ki, əvvəlcə Gəncə şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən 30-35 faiz ucuz qiymətə ərzaq, un məmulatları, kənd təsərrüfatı məhsulları təklif ediblər. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya meyvə- tərəvəz məhsulları çıxarılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yarmarkanın gedişatı ilə tanış olub.
Daha sonra şəhərin baş meydanında ümumşəhər tədbiri keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıdan gələn əlamətdar günlər münasibətilə gəncəliləri təbrik edib. Elmar Vəliyev bildirib ki, 2015-ci il, ümumilikdə, Gəncə şəhəri üçün uğurlu və yadda qalan il olub. Gəncədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Böyük layihələr həyata keçirilib. 2015-ci ildə təməli qoyulan layihələrin icrası 2016-cı ildə başa çatdırılacaq. Gələn il, həmçinin bir sıra yeni layihələrə başlanılacaq. “İmamzadə” dini kompleksi və “Bulvar Park Kompleksi” 2016-cı ildə əhalinin ixtiyarına veriləcək.
Qeyd olunub ki, əksər məktəb binalarının təmiri 2015-ci ildə başa çatdırılıb, digərləri isə 2016-cı ildə yekunlaşacaq. Abbas Səhhət adına xəstəxana ən müasir avadanlıqlarla təchiz ediləcək, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərinin tələbləri üçün yeni kampuslar tikilərək istifadəyə veriləcək. 2016-cı ildə Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar şəhərdə 50-yə yaxın layihə həyata keçiriləcək. Onlardan 25-i beynəlxalq layihədir. Həmçinin 2016-cı ildə Nizami Gəncəvinin yubileyi də keçiriləcək.
Daha sonra şəhərin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən gəncəlilər mükafatlandırılıblar.