SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCAN- BƏƏ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRİLİR

2-05-2016, 12:47 | Oxunub: 26 240 |

AZƏRBAYCAN- BƏƏ ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRİLİR
Əvvəlki illərlə müqayisədə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin həcmi təxminən 10 faiz artaraq 70 milyon dollardan bir qədər artıq olub. Bununla belə, hazırkı göstəricilər iki ölkənin potensialına cavab vermir və qarşılıqlı ticarətin dəstəklənməsi ilə bu rəqəmi 500-600 milyon dollaradək artırmaq mümkündür. Xüsusilə kənd təsərrüfatı, turizm və inşaat sektorlarında əməkdaşlıq üçün böyük imkanlar var.

Bu fikirlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun Dubay Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Məcid Saif Əl Ğureyr və Palatanın prezidenti və baş icraçı direktoru Həmad Buamim ilə görüşü zamanı səsləndirilib.

"EMTV.az" xəbər verir ki, görüşdə D.Şikarov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı səmərəli münasibətlərin formalaşdığını və Azərbaycanın bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu qeyd edərək, Azərbaycan və BƏƏ arasında həm hökumətlərarası səviyyədə, həm də xalqlar arasında gözəl münasibətlər mövcud olduğunu vurğulayıb. Səfir bildirib ki, Azərbaycan xalqı BƏƏ xalqını özünə yaxın dost və qardaş hesab edir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində iki dövlətin bir-birinə göstərdiyi daimi dəstək bunun ən gözəl təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən il ölkəmizə baş tutmuş səfəri bu əməkdaşlığın inkişafına əlavə təkan verib. Bu səfərlər iqtisadi, ticarət və investisiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.

Azərbaycanın ekoloji təmiz, yüksək keyfiyyətli və eyni zamanda, ucuz kənd təsərrüfatı məhsulları ilə Dubayı təmin edə biləcəyini deyən səfir məhsulların bu ölkənin bazarına çıxışı üçün Dubay Ticarət Palatası tərəfindən də müvafiq dəstəyin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.

D.Şikarov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən müsbət iqtisadi dinamika, aparılan islahatlar və qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar, həyata keçirilən iri inşaat və infrastruktur layihələri haqqında qarşı tərəfi məlumatlandıraraq, iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin imkanlarından istifadə etməyə dəvət edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan səfir bu istiqamətdə son aylarda yaşanan dinamizmin məmnunluq doğurduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmə imkanının verilməsindən sonra BƏƏ-dən turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunur. Məsələn, əgər 2015-ci il ərzində BƏƏ-dən Azərbaycana cəmi 2500-3000 turist səfər etmişdisə, 2016-cı ilin təkcə mart ayında bu göstərici 3000-dən çox olub. Azərbaycanın təbii gözəllikləri, getdikcə inkişaf edən və ilin dörd fəsli istirahətə imkan verən turizm infrastrukturu, zəngin mətbəxi və qonaqpərvərliyi ölkəmizə turist axınının daha da sürətlənəcəyini deməyə əsas verir.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla əlaqələrin inkişafına verdiyi əhəmiyyəti vurğulayan Məcid Saif Əl Ğureyr qeyd edib ki, iki ölkənin rəhbərliyi arasındakı sıx münasibətlər bütün digər sahələrin inkişafına müsbət təsirini göstərir. Azərbaycan son illər çox sürətli inkişaf yolu keçib və bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dubay Ticarət Palatasının təşkil etdiyi və bu regionu əhatə edən bütün beynəlxalq tədbirlərdə Azərbaycana xüsusi önəm verilir. Bu önəmin göstəricisidir ki, Dubay Ticarət Palatasının ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə məhz Bakıda açılıb və artıq bu nümayəndəliyin xətti ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Bunun davamı kimi, cari il mayın 9-11-də Dubay Ticarət Palatasının ərzaq məhsullarının idxalatçısı olan şirkətlərdən ibarət nümayəndə heyətinin Azərbaycana ticarət missiyası nəzərdə tutulub. Bu missiya Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsullarının Dubay və bütövlükdə BƏƏ bazarına çıxışı üçün əlavə imkanlar açacaq.

BƏƏ vətəndaşlarının Azərbaycanı turizm məkanı kimi yeni kəşf etdiklərini deyən Əl Ğureyr əvvəllər BƏƏ istiqamətində müşahidə olunan turist axınının indi əks istiqamətə yönəldiyini vurğulayıb. O, bu göstəricilərin yaxın illərdə kəskin artacağına inandığını bildirib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR