SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT MEDALLA TƏLTİF OLUNDU

29-04-2016, 20:37 | Oxunub: 7 259 |

EHTİYATDA OLAN POLKOVNİK-LEYTENANT MEDALLA TƏLTİF OLUNDU
Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarova “Hərbi xidmətlərə görə” medalı təqdim edib. Mükafat haqqında şəhadətnamə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanıb.

Sergey Vladimiroviç Uvarov Azərbaycanın bu yüksək mükafatına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi işində göstərdiyi igidlik, cəsarət və vicdanlı münasibətə görə layiq görülüb.

"EMTV.az" xəbər verir ki, Medalı təqdim edərkən Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet ordusunun Azərbaycanda xidmət keçən bir çox zabitləri öz yoldaşlarını darda qoymayıb. K.Vəliyev deyib: “Müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfdən təcavüzə məruz qalıb. Bu dövrdə sovet ordusunun Azərbaycanda xidmət edən bir çox zabitləri Azərbaycan xalqı ilə birgə Vətənimizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə edirdilər. Onlardan biri Sergey Uvarov idi. Mənim üçün döyüş yoldaşı kimi Sergey Vladimiroviçə bu yüksək dövlət mükafatını təqdim etmək böyük şərəfdir”.

K.Vəliyev S.Uvarova Azərbaycan müdafiə nazirinin adlı saatını təqdim edib.

Yüksək mükafata görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Sergey Uvarov qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O deyib: “Birgə xidmət etdiyim bir çox dostlar Azərbaycanı tərk etmədi və biz birlikdə silahlı qüvvələri yaradırdıq. Çox xoşbəxtəm ki, indi Azərbaycanla Rusiya arasında yaxşı, səmimi münasibətlər var. Xalqlarımıza sülh və inkişaf diləyirəm”.

S.Uvarov vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə izləyir. Ehtiyatda olan zabit fikrinin davamında deyib: “Məncə, Qarabağ tarixən həmişə Azərbaycana məxsus olub və həmişə də Azərbaycan Respublikasının tərkibində qalmalıdır. Azərbaycan Ordusu indi daha güclüdür. Son hadisələr sübut etdi ki, o döyüş qabiliyyətlidir, qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilər”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR