SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVANDA MANTU SINAĞI KEÇİRİLİB

29-04-2016, 17:02 | Oxunub: 14 176 |

NAXÇIVANDA MANTU SINAĞI KEÇİRİLİB
Naxçıvan Muxtar Respublikasının vərəmə həssas bəzi yaşayış məntəqələrinin tam orta məktəblərində təhsil alan V- IX sinif şagirdləri arasında erkən vərəmin aşkar olunması məqsədilə tuberkulin diaqnostikası sınağının aparılması başa çatıb.

"EMTV.az" Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər həyata keçirilib. Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əvvəllər vərəmli xəstələrin qeydə alındığı yaşayış məntəqələrindəki orta məktəblər müəyyənləşdirilib. Həmin məktəblərdə rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılan xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.

Aprelin 4-dən start verilən Mantu sınaqları ərazi prinsipi üzrə aparılıb. Rayon mərkəzi xəstəxanaları, kənd səhiyyə müəssisələri, məktəb tibb məntəqələrinin həkim və tibb işçiləri tuberkulin diaqnostikasında bu zəruri mərhələni nəzərdə tutulan vaxtda başa vurublar. Muxtar respublika üzrə 7 min 31 nəfər şagirdin 82 faizi sınağa cəlb edilib.

Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndirilərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat verilib. Nəticələr qiymətləndirilərkən müsbət və hiperergik reaksiyalı uşaqların ətraflı ftiziatr müayinəsinə cəlb olunmaları üçün zəruri tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR