17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
REGİONAL MÜHARİBƏ BAŞLANIRMI?
ABŞ –da çıxan “The Hill” qəzetində İsrailin aparıcı Analitika Mərkəzinin beynəlxalq kommunikasiyalar şöbəsinin direktoru, “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru Maayan Caffe-Hoffmanın “Ermənistan və Azərbaycan: regional müharibə başlanırmı?” sərlövhəli məqaləsi dərc olunub.
"EMTV.az" xəbər verir ki, Məqalədə Ermənistan ilə Azərbaycan arasında münaqişənin 2016-cı ilin aprelində eskalasiyasından və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda yerləşən Ermənistan qüvvələrinin təcavüzündən danışılır. Oxucuya Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təqdim edən müəllif yazır ki, Azərbaycan ərazilərinin 20 faizi 1994-cü ildən Ermənistan tərəfindən işğal edilib və bu təcavüz nəticəsində bütövlükdə bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qovulub. M.Caffe–Hoffman qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü özünün 822, 853, 874, və 884 saylı qətnamələrində təsdiq edib. O vurğulayıb ki, təmas xəttində ermənilərin Azərbaycan mövqelərinə hücumu Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri zamanı başlayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Vitse-prezident C.Bayden və dövlət katibi C.Kerri ikitərəfli münasibətlərin möhkəmlənməsini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. Liderlər, həmçinin energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsi, enerji təhlükəsizliyi və şaxələndirmə məsələlərini müzakirə ediblər. Daha sonra müəllif Ermənistanın siyasi müstəqilliyini itirməsindən və bu ölkənin satellitə çevrilməsindən yazıb.
M.Caffe-Hoffman sonda yazır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasının, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmalarının həyatının normallaşdırılmasının və Ermənistanın regiona yenidən inteqrasiyasının vaxtı çatıb.