18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"İŞÇİ MƏQALƏLƏRİ SİLSİLƏSİ" NİN ELEKTRON NƏŞRİNƏ BAŞLANILIB
Azərbaycan Respublikası Mərkəzi Bankında “İşçi məqalələri silsiləsi”nin elektron nəşrinə başlanılıb.
"EMTV.az" xəbər verir ki, Mərkəzi Bank aparılan tədqiqat işlərinin elmi ictimaiyyətə çatdırılmasını daim diqqət mərkəzində saxlayır. Belə ki, hazırda bankda aparılan tədqiqat işlərinin nəticələrinin yayımlanması məqsədilə “Mərkəzi Bank və İqtisadiyyat” və “Tədqiqat Bülleteni” kimi elektron dövri nəşrlər mövcuddur.
Bununla yanaşı, qabaqcıl mərkəzi bankçılıq təcrübəsinə uyğun olaraq Mərkəzi Bankda analitik-tədqiqat işlərinin kommunikasiyası sisteminin təkmilləşdirilməsi məqsədilə “İşçi məqalələri silsiləsi”nin də elektron nəşrinə başlanılıb.
Qeyd edək ki, beynəlxalq təcrübədə olduğu kimi “İşçi məqalələri silsiləsi” bitmiş elmi nəşr hesab olunmur və elmi işlərlə bağlı yalnız ilkin nəticələrin müzakirəsinin təşviqi məqsədini daşıyır. Burada nəşr edilən tədqiqat işləri müvafiq akademik dairələrdə aparılan müzakirələrin nəticəsi nəzərə alındıqdan və təkmilləşdirildikdən sonra elmi jurnallarda nəşrə qəbul edilir.
Bu səbəbdən “İşçi məqalələri silsiləsi”nin nəşrində əsas məqsəd tədqiqatın ilkin nəticələrinin ardıcıl kommunikasiyası, elmi müzakirələrdə fəallığın daha da artırılması, həmçinin yerli və xarici tədqiqatçılar arasında fikir mübadiləsi ənənəsinin vahid platformasının yaradılmasından ibarətdir. Buna uyğun olaraq “İşçi məqalələri silsiləsi”ndə verilmiş tədqiqat işləri yerli, həmçinin xarici rəy və təkliflər nəzərə alındıqdan sonra onun tanınmış xarici və yerli elmi jurnallarda nəşr imkanları genişlənəcək.
Belə faydalı təcrübənin mövcudluğu Mərkəzi Bankda analitik və tədqiqat işlərinin ictimaiyyətlə kommunikasiyasının yaxşılaşdırılmasına, iqtisadi maarifləndirmənin artırılmasına, həmçinin ölkədə tədqiqat işlərinin müzakirəsinin inkişafına mühüm dəstək verəcək.