18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AZƏRBAYCANLI DİPLOMATIN CAVABI
“Nyu-York Times” qəzetində aprelin 19-da dərc olunmuş qərəzli məqaləyə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Samirə Səfərova elə həmin qəzetdə də cavab verib. Cavab məktubu “Nyu-York Times” qəzetinin Moskvadakı müxbiri Andryu Kramerin “Etnik münaqişə olan müharibə zonasında kosmopolit vahə inkişaf etməkdədir” başlıqlı qərəzli məqaləsi ilə əlaqədar ünvanlanıb.
"EMTV.az" xəbər verir ki, Cavab məktubunda müəllifin etnik təmizləmə aparılmış ərazinin vahə (oasis) adlandırmasının mənəvi cəhətdən doğru olmadığı vurğulanır və eyni zamanda, doğma yurdlarına qayıtmağı hələ də gözləyən məcburi köçkünlərin mövcudluğu xatırladılır. Azərbaycan diplomatı bildirir ki, məqalədə öz ev-eşiyindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı vəziyyətinin və Qarabağın Azərbaycan üçün əhəmiyyətinin əks etdirilməməsi ancaq təəssüf doğurur. Həmçinin qeyd edilir ki, məqalədə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keçmiş sovet məkanındakı oxşar ərazi münaqişələrindən fərqləndirilməsi məqsədilə xaricdəki erməni diasporasının fəaliyyətinə istinad olunur.
Sonda müəllifə Ermənistanda hökm sürən acınacaqlı iqtisadi və demoqrafik tənəzzül məsələlərinə daha yaxından diqqət yetirməsi tövsiyə olunur.