SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANLI MÜTƏXƏSSİS AVROPA PARLAMENTİNƏ DƏVƏT OLUNDU

22-04-2016, 18:42 | Oxunub: 7 006 |

AZƏRBAYCANLI MÜTƏXƏSSİS AVROPA PARLAMENTİNƏ DƏVƏT OLUNDU
Brüsseldə Avropa Parlamentinin (AP) xarici əlaqələr komitəsinin AP daxilində təhlükəsizlik məsələlərinin müzakirə edildiyi əsas platforma olan müdafiə və təhlükəsizlik alt komitəsinin növbəti iclası keçirilib.

İclas çərçivəsində Avropanın şərq və cənub qonşuluğunda İŞİD ilə mübarizəyə dair dinləmələr keçirilib və bu mövzuda ekspert qismində cənub qonşuluğuna dair Avropa İttifaqının ən mötəbər “beyin mərkəz”lərindən olan Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı xanım Florans Qaub, şərq qonşuluğuna dair isə ADA Universitetinin prorektoru Anar Vəliyev AP üzvləri qarşısında çıxış ediblər. Bu cür dinləmələrdə çıxış etmək üçün ilk dəfədir ki, Azərbaycandan mütəxəssis dəvət olunur.

"EMTV.az" xəbər verir ki, Florans Qaub İŞİD ilə mübarizədə strateji qələbənin hələ uzaqda olduğunu, ərazilərin qaytarıla biləcəyini, lakin ideya və insan şəbəkəsi mövcudluğunun ən azından virtual olaraq qorunub saxlanacağını və elə bu səbəbdən də bu sahədə kompleks tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. O Liviya, Misirin Sinay yarımadası, İraq, Suriyada və hətta aşağı düşən neft qiymətləri fonunda Əlcəzairdə də iqtisadi vəziyyətin pisləşməkdə davam etdiyini və beləliklə, işsiz gənclərin silahlı birləşmələrə qoşulma riskinin artdığını nəzərə çatdırıb. Tədqiqatçı xanım hesab edir ki, İŞİD terror aktları törətmək üçün Avropaya qayıdan keçmiş döyüşçülərdən istifadə edir. Çünki bu terror aktları o qədər də böyük maliyyə xərci tələb etmir və hətta partlayıcıların hazırlanması mağazalarda satılan istehlak mallarındakı kimyəvi maddələrin hesabına ərsəyə gələ bilər.

Daha sonra çıxış edən Anar Vəliyev bildirib ki, Ermənistan monoetnik ölkə olduğundan Cənubi Qafqazda İŞİD ilə mübarizə kontekstində Azərbaycan və Gürcüstana diqqət yetirmək lazımdır. Hər iki ölkədə Suriya və İraqda döyüşəcək qədər radikallaşmış şəxslərin sayı faiz nisbətində bütün müsəlmanların çox cüzi hissəsini təşkil edir. Həmçinin Azərbaycan və Gürcüstanın Türkiyənin qonşuluğunda yerləşməsi səbəbindən İŞİD-in daha çox Suriya və İraqda döyüşəcək şəxslərin tranziti üçün bu iki ölkədən istifadə etdiyini, bu tranzit yolun İŞİD tərəfindən həm də əksinə istifadə oluna biləcəyini vurğulayıb. O, Suriya və İraqda radikal döyüşçülərin Avropaya yollanmasının Azərbaycan və Gürcüstan üzərindən baş tuta biləcəyi, hər iki halda Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü və bu fəaliyyətin yalnız ölkə daxilində deyil, həmçinin Avropada da terror aktlarının qarşısının alınmasında əhəmiyyətli rol oynaya biləcəyini bildirib.

Çıxışının sonunda azərbaycanlı mütəxəssis deyib ki, çoxları yanlış olaraq İŞİD-i Əl-Qaidənin varisi hesab edir. Lakin unutmayaq ki, indiyə qədər Əl-Qaidə yalnız terror aktları ilə kifayətlənirdisə, İŞİD daha da irəli gedərək əraziləri tutmağa başlayıb və elə bu səbəbdən İŞİD ilə mübarizədə yeni və hərtərəfli üsullardan istifadə olunmalıdır.

Daha sonra alt komitənin bir neçə üzvü çıxış edib və mövzu ilə bağlı mövqelərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR