18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ BİR DAHA "İPƏK YOLU"KONFRANSINDA BİLDİRİLDİ
Çikaqoda “İpək Yolu” konfransı keçirilib. Konfransın əsas mövzusu Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etməkdən ibarət olub. Konfransda ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də iştirak ediblər.
"EMTV.az" xəbər verir ki, Tədbirdə ölkəmizi təmsil edən ABŞ-dakı səfirliyimizin əməkdaşı Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf siyasəti, nəqliyyat sektorunun inkişafı istiqamətində görülən işlər, İpək Yolu ilə daşımaların sürətləndirilməsi uçun aparılmış islahatlar, quru, dəmir, dəniz, hava yolları və əlaqədar infrastrukturun imkanlarının artırılması barədə tədbir iştirakçılarına geniş məlumat verib. Müzakirələrdə İpək Yolunun işə düşməsi üçün ölkəmizin praktiki töhfəsinin əhəmiyyəti vurğulanıb və Azərbaycan vasitəsilə daşımaların üstünlükləri qeyd edilib.
Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way”, “Qlobal Biznes Məsləhəti” Jurnalı, Tianjin iqtisadi-texnoloji inkişaf Sahəsi, “Türk Hava Yolları” çıxış ediblər.