17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DİQQƏT! SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür Paytaxt Bakıda və respublikanın digər yerlərində buz bağlayan yolların siyahısı açıqlanıb.
"EMTV.az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hazırda Bakı-Şamaxı yolunun 66-cı kilometrliyindən 133-cü kilometrliyinədək hissəsini artıq buz bağlayıb. Gecə saatlarında bu məsafənin daha da uzanacağı ehtimalı var.
Bundan başqa, Bakı-Quba yolunun bəzi ərazilərində də buzlaşma müşahidə edilir. Buz bağlayan yollara qum və duz səpilir. K. Əliyev həmçinin bildirib ki, sürücülərdən magistral yollardakı vəziyyəti nəzərə alaraq iki aparıcı oxu olan nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
Bakı şəhərinin enişli-yoxuşlu yollarında da buzlaşma müşahidə olunur. Hazırda paytaxtın Yasamal və Yeni Günəşli qəsəbəsi ərazilərində yollar buz bağlayıb. Gecə saatlarında buzlaşmanın daha da artacağı ehtimal olunur.
V. Əsədov qeyd edib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür. Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.