17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YOL POLİS İDARƏSİNDƏN SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərinin istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
"EMTV.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev paytaxtdan rayonlara səfər edən sürücüləri diqqətli olmağa çağırıb:
“Sürücülər yolun enişli-yoxuşlu olmasını nəzərə alaraq, sürət həddini nəzərə alsınlar, ötmə əməliyyatlarını düzgün seçsinlər və avtomobillərini sərxoş vəziyyətdə idarə etməkdən uzaq dursunlar”.
K.Əliyev həmçinin qeyd edib ki, Dövlət Yol Polisi respublika ərazisində reydləri davam etdirir:
“Bayram günləri yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Respublika üzrə reydlərimiz davam etdirilir”.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycanda 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərində qeyri-iş günü elan edilib.