SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?

26-01-2016, 13:20 | Oxunub: 19 277 |

AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?
Xalq artisti Aygün Kazımova ötən gün gecə saatlarında paytaxt məkanlarının birində özünə ad günün keçirib.

"EMTV.az" xəbər verir ki, aparıcı Zaur Nəbioğlunun təqdimatı ilə başlayan gecəni ilk olaraq “Talant” rəqs qrupunun rəqqasları açıq elan etdi. Daha sonra prodüser Anar Mədətovun rəhbərlik etdiyi “Solo Band” ansamblının ifaları təqdim olunub. Bundan sonra səhnəyə meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülə çıxıb. Onlar səbəbkarın şərəfinə meyxana deyib. Gecə 12 tamamda isə Aygün özü səhnəyə çıxaraq qonaqlarını salamlayıb və ilk dəfə olaraq belə qeyri-adiliyə imza atmasından danışıb: “Bilirsiniz ki, mənim doğum günüm 26 yanvardadır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu mənim komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək”.
Sözlərini bitirən Kazımova “Mən Aygünəm” mahnısı ilə məclisi davam etdirib.

Ad günündə daha bir fərqlilik yaşanıb. Adət etdiyimiz kimi tort məclisin sonunda deyil, əvvəlində kəsilib.
Ardınca isə dizayner İbo özünün xüsusi hazırladığı “Ay və Gün” formalı taxtı xalq artistinə hədiyyə edib. Bu da gur alqışlara səbəb olub. Aşıq Əlinin səhnəyə çıxıb xalq artistinin şərəfinə şeir deyib, mahnı oxuması da məclisə xüsusi rəng qatıb. Gecədə xalq artistinə bir çox hədiyyələr bağışlanıb. Məclisin gedişində səhnəyə müğənni Kərim Abasov çıxaraq xalq artisti Nisə Qasımovanın repertuarınndan olan "Məni satdın nəfsinə" adlı mahnı oxuyub. Bu zaman isə A.Kazımova əlində bakal Kərimlə rəqs edib. Mahnının bitməsinə bir neçə saniyə qalmış isə xalq artisti əlindəki bakalı yerə çırparaq qırıb. Onun bu addımı isə gecədə alqışa səbəb olub.

Qeyd edək ki, A.Kazımovanın doğum günündə müəllimləri Cavanşir Quliyev, Vaqif Gərayzadədən başqa əməkdar artist Ədalət Şükürov, müğənnilər Nadir Qafarzadə, Kərim Abasov, Ceyhun Əiyev, Ramal İsrafilov, Ayan Bababkişiyeva, “Pişik Günel" , Elnur Məmmədov, Nura Suri, İlhamə Qasımova, Samir Cavadzadə, prodüserlər Təranə Səmədova, Roland Bayramov, aparıcılar Murad Arif, Afaq Gəncəli, İlkin Həsəni və başqaları iştirak edib.

AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?
AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?
AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?
AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?
AYGÜN KAZIMOVANIN AD GÜNÜNDƏ NƏLƏR YAŞANDI?

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR