SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AYGÜNLƏ NAMİQ YENİDƏN BİRLİKDƏ

18-12-2015, 15:33 | Oxunub: 16 971 |

AYGÜNLƏ NAMİQ YENİDƏN BİRLİKDƏ
Xalq artisti Aygün Kazımova ilə müğənni Namiq Qaraçuxurlu yeni il gecəsində eyni məkanda səhnəyə çıxacaqlar.
"EMTV.az" xəbər verir ki, gecənin təşkilatçısı, xalq artisti Faiq Ağayevin tələbəsi Tural Vəlizadə deyib.
O bildirib ki, yeni il gecəsində iki məşhur "İnci saray"da səhnə alacaq: “Öncə onu deyim ki, yeni il gecəsində şou-biznes əhlini bir araya yığmaq çox çətin işdir. Lakin bu çətin işin öhdəsindən indidən gəldiyimə əminəm. Belə ki, yeni il gecəsində mənimlə yanaşı xalq artistləri Faiq Ağayev, Aygün Kazımova, əməkdar artistlər Nüşabə Ələsgərli, Ədalət Şükürov, müğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Namiq Qaraçuxurlu, Səidə Sultan, Nigar Şabanova, “İnci” qrupu və bir neçə tanınmış simalar eyni səhnəni paylaşacaq. Gecədə bir çox sürprizlərin də olacağını deyə bilərəm. Gecənin aparıcısı isə Kamran Quliyev və Lətafət Ələkbərova olacaq”.

Xalq artisti A.Kazımova yeni ildəki çıxışı ilə bağlı təəssüratlarını Lent.az-la bölüşüb: “Hər il olduğu kimi bu il də yeni ili sevənlərimlə qarşılayacağam. 2016-ci ildə fərqli imicdə olacağam. Həmin gecə də pərəstişkarlarıma yeni mahnımı təqdim edəcəm. Çox güman həmin gün sürpriz də olacaq”.

Qeyd edək ki, yeni il gecəsində N.Qaraçuxurlu 00:30-da, A.Kazımova isə saat 01:00-da çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR