17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BAKIDA FACİƏLİ ÖLÜM
Həkimlər 63 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.
Bakıda fəhlə işlədiyi tikintinin 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
"EMTV.az" xəbər verir ki, bədbəxt hadisə ötən axşam paytaxtın Sabunçu rayonu ərazisində, Əslidar Məmmədəliyev küçəsində baş verib.
Həmin ünvanda 67 saylı tam orta məktəb üçün əlavə korpus tikilir.
Tikintidə fəhlə işləyən 63 yaşlı Zakir Sibili 4-cü mərtəbədən yıxılıb. Ağır yaralanan fəhlə iş yoldaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Yaralı dərhal əməliyyata alınıb.
Həkimlərin səyinə baxmayaraq, ağır kəllə-beyin travması alan və daxili qanaxma diaqnozu qoyulan Zakir Sibilinin həyatını xilas etmək mümkün olmayıb və o, əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, məktəb binasının tikintisi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sifarişi ilə həyata keçirilir.