17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVAN MR-da “QANLI YANVAR” FİLMİ NÜMAYİŞ OLUNDU
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin nümayişi olub.
"EMTV.az" xəbər verir ki, filmə Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, gənclər və yeniyetmələr baxıblar.
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb. Ekran əsərində təcavüzkar sovet ordusunun 20 Yanvarda Bakıda qanlı qırğınlar törətməsini əks etdirən dramatik səhnələr tamaşaçılar tərəfindən həyəcanla izlənilib.
“Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilən filmin ərsəyə gəlməsinə dövlət tərəfindən də dəstək verilib.