SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

20 YANVAR FACİƏSİ KÜVEYT MƏTBUATINDA

21-01-2016, 15:11 | Oxunub: 8 669 |

20 YANVAR FACİƏSİ KÜVEYT MƏTBUATINDA
20 Yanvar faciəsi Küveyt mətbuatında geniş işıqlandırılıb.

Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik olan “Əl-Nahar” qəzetində “Azərbaycan Səfirliyi: 20 Yanvar Azərbaycan tarixində şanlı səhifədir”, “Əl-Ray” qəzetində “Azərbaycan Səfirliyi: Bakıya hücum insan hüquqlarının ən dəhşətli şəkildə pozulmasıdır” və “Əl-Kuveytiyyə” qəzetində isə “Azərbaycan Səfirliyi: Qara Yanvar hadisələrindən 26 il keçir” başlıqları altında məqalələr dərc edilmişdir.

"EMTV.az" xəbər verir ki, Azərbaycanın Küveytdəki Səfirliyindən verilən məlumata görə, məqalələrdə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normaları kobudcasına pozularaq 30 min nəfərdən ibarət sovet ordusu əsgərinin və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə yeridilməsi, nəticədə öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması barədə ətraflı məlumat verilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 131 nəfərin öldürüldüyü, 744 nəfərin yaralandığı bildirilib və öldürülənlər arasında ən azyaşlı uşağın 7, gəncin 16 və qocanın 80 yaşlarında olduğu qeyd edilib, yaralı insanları xəstəxanalara daşıyan təcili yardım avtomobillərinin, hətta xəstəxanaların tanklardan və avtomatlardan atəşə tutulduğu vurğulanıb.

Eyni zamanda, məqalələrdə hər ilin 20 Yanvar tarixində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi, 100 minlərlə insanın onların şərəfinə salınmış Şəhidlər Xiyabanını ziyarət etdiyi, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR