18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BORC ÜSTÜNDƏ QƏTLƏ YETİRİLDİ
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi qətl hadisəsi baş verib.
"EMTV.az" xəbər verir ki, cinayət hadisəsi Xasməmmədov küçəsi 1b ünvanında qeydə alınıb. 15 gün əvvəl ata olan 25 yaşlı İsmayılov Asif Tahir oğlu atası evində olan həyat yoldaşı və uşağına baş çəkməyə gəlib. Bu vaxt Asif İsmayılovla 20 yaşlı qaynı Əzizov Ziya Dilən oğlu arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəni bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gedərək təslim olub. Məlumata görə, qətl pul borcu üstündə yaranıb. Asif İsmayılovun qayınatası Dilən kişi onun bacısından faizlə 2000 manat pul alıb. Alınan borc vaxtında qaytarılmayanda Asifin bacısı narazılığını bildirib. Narazılığı isə digər tərəf sakit qarşılamayıb və bu səbəbdən də Asiflə qaynı Ziya arasında ölümlə nəticələnən mübahisə düşüb.
Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 -qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları aparılır.