SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ZAHİD ORUC BÖLGƏLƏRDƏ ETİRAZLARI DƏSTƏKLƏYİR

14-01-2016, 19:06 | Oxunub: 8 105 |

ZAHİD ORUC BÖLGƏLƏRDƏ ETİRAZLARI DƏSTƏKLƏYİR

"EMTV.az" xəbər verir ki, Yerlərdə baş verən narazılıqlarla bağlı Mili Məclisin üzvü Zahid Oruc modern.az-a açıqlama verərək hökuməti kəskin tənqid edib. O, insanların kəskin dəyişiklikləri qəbul edə bilməmələrini normal sayır:
“Çünki, buna qədərki dövrdə onların müəyyən yaşayışı formalaşmışdı. İnsanlar heç olmasa minimum səviyyədə öz tələbatlarını ödəyirdilər. Eyni zamanda, orta təbəqə formalaşmağa başlamışdı. Son devalvasiyadan sonra insanlar çətin duruma düşüb. İndiki vəziyyətdə yaşamaq onlara çətindir. Ölkə başçısı özünün ən ali iradəsini bir daha ifadə edərək, hökumətin iclasında məmurlara, parlament üzvlərinə qarşı ən kəskin mövqeyini ortaya qoydu, hökuməti səfərbər olmağa çağırdı”.
Z.Oruc etiraz edən insanların haqlı olduğunu vurğulayaraq, hökuməti təcili tədbirlər görməyə çağırıb: “Nəzərə almaq lazımdır ki, bölgələr üzrə sosial vəziyyət eyni deyil. Məsələn, Siyəzən daha az torpaq sahəsinə malik regiondur. Buna görə də əhalinin yaşayış vəziyyəti digərlərindən geri qalır. Ağcabədidə daha çox köçkünlərin məskunlaşdığı da məlumdur. İlk üzülən hissələrdən biri də ora olmalı idi. Həmçinin, Lənkəranda insanlar uzun müddətdir dənizdən istifadə imkanları əllərindən alındığına görə etirazlarını gündəmə çıxarmağa məcbur olublar. Bu təbii qarşılanmalıdır. Heç kəs həmin etirazları kiminsə ayağına yaza bilməz. Bu, insanların mövqeyidir. Hökumət də bunu təhlil etməli, nəticə çıxarmalı, bir neçə istiqamətdə təcili tədbirlər görməlidir. Hər hansı iqtisadi, maliyyə addımından öncə insanlarda inamı bərpa etmək lazımdır. Məsələ təkcə manatın ucuzlaşmasından doğan problemlərdə deyil, məsələ həm də ondadır ki, xalqın inamı sarsılıb”.

Zahid Oruc hazırda təmsil etdiyi regionda etirazlar olan, buna baxmayaraq xaricdə istirahətini davam etdirən həmkarlarına da səslənib.Onlara mandatı xalqa görə daşıdıqlarını xatırladıb: “İndi hökumət efirə çıxmadan, məsələləri mediada fəal şəkildə izah etmədən, prosesi yalnız bir neçə ekspertin sərəncamına verərək, hətta alınan qərarların effektivliyini təmin edə bilməyəcək. Hökumət bu gün ekranda, məmurlar bölgələrdə olmalıdır. O cümlədən, bilavasitə sahəvi nazirliklərin təmsilçiləri məsələni daim müzakirədə saxlamalıdır. İnsanlara o inamı vermək lazımdı ki, ortada şayiə şəbəkələrindən, böhrandan qazanmaq istəyənlərdən xilas ola bilək. Parlamentin üzərinə düşən vəzifə heç də hökumətdən az deyil. Parlament üzvü kimi həmkarlarımın fəaliyyətini təftiş etməkdən çox uzağam. Etiraz olan bölgələrdə, o rayonun təmsilçiləri haqda da mənfi fikir söyləmək istəmirəm. Onların da hər birinin səlahiyyət çərçivələri var. Amma indi xalqın yanında deyillərsə, niyə o mandatı daşıyırlar?! Bu gün başlıca vəzifə ölkə rəhbərinin kursuna uyğun olaraq prosesi insanlara izah etmək, problemin hansısa formada həllinə inandırmaqdır. Bu gün kimsə Alp dağlarının ətəyində istirahət edə bilər, amma oradan döndükdən sonra əhaliyə baş çəkməlidir. Nəzərə alsınlar ki, mandat da, vəzifə də o insanların hesabınadır”.

Z.Oruc deyib ki, baş verən etiraz aksiyaları yararsız məmurlardan xilas olmaq üçün Prezidentə böyük kömək olacaq: “Mən o etirazları süngü ilə qarşılamıram. Hesab edirəm ki, bu, yerli İcra hakimiyyəti orqanları üçün də bir siqnaldır. Ölkə rəhbəri də vurğuladı ki, müxtəlif nazirliklər, komitələr özlərinə yaxın qurumlar yaradaraq tikinti aparırlar. Keçirilən “tenderlərin” əsas məqsədinin qeyri-şəffaflıqla götürülən külli miqdarda vəsaitin mənimsənildiyi olması heç kimə sirr deyil. Hər rayon İcra hakimiyyətinin başçısı dəyişəndə, o rayonun adamlarının, xüsusilə də sahibkarlarının “qabığı” bir daha soyulur. Rayon özünün zahiri “libasını”, arxitekturasını, “geyimini” təzədən biçir.
Bu dəyişikliyin fonunda adamlar ciddi maddi ziyanlar görür. Abşeron rayonunun başçısı yerini Sumqayıta dəyişdi. Keçmiş icra başçısı Eldar Əzizov yaxşı işlər görübsə, bu halda Sumqayıtda quruculuq nöqtələri saxlanmalı, yeni addımlar ataraq postneft dövründə şəhərin inkişafına yönəlik işlərə imza atılmalıdır. Bu adam pis icra başçısı olubsa, onun qoyub gəldiyi bütün izlər silinməlidirsə, onda belə çıxır ki, 5 ildən sonra kimsə Səbaili eyni əzmlə, iradə ilə sökəcək?! Bu nə deməkdir axı?! İcra hakimiyyətlərinin vəzifələri şəhəri öz zövqlərinə uyğun söküb-tikməkdən ibarətdir?! Biz qanun qəbul etməliyik ki, icra başçıları yerini dəyişəndə bölgənin üstündə arxitektur qərarlar verə bilməsin. Bəlli olur ki, onların məqsədi gözəllik, abadlıq yaratmaq deyil, özlərinə yaxın olan firmaların hansısa məhsullarını bu rayonun canına calamaqdan ibarətdir. Bu tikinti deyil, bu yamamaqdır. Hesab edirəm ki, yaranmış vəziyyətdən hər birimiz nəticə çıxarmalıyıq. Əminəm ki, xalq əməyə hörmət edəndir, yaxşını da, pisi də tanıyır. Sevindiricidir ki, xalq hansısa zərərli yollarla, zorakılıqla deyil, haqq sözü ilə haqqı olanı istəyir, etiraz edir. Bu hökumət üçün siqnaldır, parlament də dəyərləndirməlidir. Amma xofsuz, dərin yanaşma ilə..."

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR