17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BANKLAR KOMİSSİYANI ARTIRIR
2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya alınacaq.
"EMTV.az" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasından (ABS) deyiblər.
Komissiya yalnız plastik kartlardan vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyatlarda konvertasiya zamanı alınacaq.
ABS-dən qeyd ediblər ki, bu tədbir kartlardan vəsaitlərin nağdlaşdırılması üzrə əməliyyatların azaldılmasına və nağdsız hesablaşmaların stimullaşdırılmasına yönəldilib:
“Bankların bəzi müştəriləri kartları birbaşa təyinatı üzrə istifadə etmirlər, onlardan yalnız pul vəsaitlərini nağdlaşdırmaq üçün yararlanırlar. Son günlər əhalinin bir qismi manatı dollarda olan kartlarına fəal yükləməyə, sonradan isə dollarları çıxarıb satmağa başlayıb ki, bu da qara bazarın yaranmasına gətirib çıxara bilərdi. Nəticədə digər vətəndaşlar dollarda olan kartlarından dollar vəsaitlərini çıxarda bilməzdi, çünki bakomatlarda valyuta yarım saat ərzində qurtarırdı”.
Assosiasiyadan bildiriblər ki, bu qərar nağdsız hesablaşmalar zamanı konvertasiyaya şamil edilməyəcək:
“Valyuta əməliyyatlarının (xüsusilə onlayn alış zamanı və ya xaricdə) ödənişini manatdakı kartları ilə həyata keçirənlər banka qüvvədə olan tariflər üzrə konvertasiyaya görə ödəniş edəcəklər. Yəni onlardan konvertasiyaya görə komissiya əvvəlki kimi 0,5 faiz təşkil edəcək”.