17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
VALYUTA ALVERİNƏ GÖRƏ CƏZALAR SƏRTLƏŞDİ
Azərbaycanda xarici valyuta tənzimlənmələrinin pozulmasına, xarici valyuta ilə əməliyyatlarda müəyyən olunmuş qaydaların pozulmasına görə sərt cəzalar tətbiq olunub.
"EMTV.az" xəbər verir ki, yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 429-cu maddəsində təsbit olunub.
"Valyuta tənzimi qaydalarının pozulması" adlanan maddəyə görə, müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər isə 20 faizdən 40 faizinədək cərimə olunacaqlar.
Köhnə məcəllədə bu cərimələr müvafiq olaraq 5 faizdən 10 faizə qədər və 5 faizdən 30 faizə qədər nəzərdə tutulurdu.
Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.