17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
QANUNSUZ VALYUTA MÜBADİLƏSİNƏ QARŞI SƏRT TƏDBİRLƏR GÖRÜLÜR
Xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən üç nəfər saxlanılıb.
"EMTV.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bildirib ki, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən xüsusi göstəriş imzalanıb.
Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 2006-cı il 28 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
“Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”, - deyə S.Gözəlov vurğulayıb.