18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
QANUNSUZ DOLLAR SATANLAR HƏBS OLUNDU
Dekabrın 29-da Bakı şəhər BPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində ─ ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər müəyyən olunaraq saxlanılıb.
"EMTV.az" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən XəzərNews.az-a daxil olan xəbərə görə, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.
Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.