17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
RAUF MİRQƏDİROV AZADLIQDAN MƏHRUM EDİLDİ
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi başa çatıb.
"EMTV.az" xəbər verir ki, Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Fuad Ağayev qərarı çox gülünc hesab etdiyini bildirib. O, yaxın günlərdə geniş müsahibə ilə çıxış edəcəyini bildirib. Vəkil tezliklə apellyasiya şikayəti verəcəyini də qeyd edib.
Fuad Ağayev əllərindəki sübutların tutarlı olduğunu, Rauf Mirqədirovun siyasi sifarişlə həbs olunduğunu bəyan edib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.