SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

JURNALİSTİN İSTİNTAQI BAŞA ÇATIR

10-12-2015, 10:39 | Oxunub: 10 422 |

JURNALİSTİN İSTİNTAQI BAŞA ÇATIR

Jurnalistin məhkəməsində şahid ifadələri başa çatdı; vəkili: “Onun əleyhinə ümumiyyətlə, ifadə yoxdur...”
Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəməsi keçirildi. Saat 10:30-da Əlisultan Osmanovun sədrliyi ilə başlayan proses əvvəlkilərə nisbətən tez yekunlaşdı.


Məhkəmə qapalı olduğundan keçən bir saat ərzində iclasdan xəbər tutmaq mümkün olmadı. Jurnalistə dəstək olmaq üçün məhkəmə binasının qarşısına demək olar ki, heç kim gəlməmişdi - yalnız ailə üzvlərindən və iki media orqanının nümayəndəsindən başqa...

Saat 11:30-da yekunlaşan prosesdən sonra Mirqədirovun vəkili Fuad Ağayev mətbuata açıqlama verdi. O, məhkəmənin yekunlaşmağa doğru getdiyini bildirdi: “Məhkəmə bazar ertəsi saat 10:30-da davam edəcək. Prosesdə bəzi vəsatətlərim oldu. Yazılı vəsatətim olmadı. Düşünürəm ki, yaxın müddətdə məhkəməni yekunlaşdırmaq olar. Ola bilər ki, gələn həftə məhkəmə istintaqı yekunlaşsın. Çünki şahidlərin dindirilməsi artıq başa çatıb. Mirqədirovun əleyhinə ümumiyyətlə, ifadə yoxdur. Bəzi sübutlarımız var. Qeyd edim ki, ittiham tərəfinin Rauf Mirqədirova qarşı elə bir sübutu yoxdur. Hətta Raufun təqsirini qismən də, dolayısı yolla da olsa, təsbit edəcək bir sübut belə mövcud deyil. Sübutlarımızı məhkəməyə təqdim etmək hüquqlarımız var. Bunları təqdim edəcəyik. Məhkəmədən gözləntimi deyə bilmərəm. Çünki Azərbaycan şəraitində hər hansı bir proqnoz vermək çox çətindir”.

Xatırladaq ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

İl yarım jurnalist həbs müddətinin uzadılması yolu ilə həbsdə saxlanılıb. Jurnalistin ittiham olunduğu ağır maddə üzrə onu ömürlük və ya 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yerli və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyırlar. Müdafiə tərəfi R.Mirqədirovun Rusiyanın Gürcüstan və Ukraynada apardığı əməliyyatları yazılarında sərt tənqid etdiyinə görə həbs edildiyini iddia edirlər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR