SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DEPUTAT ŞOKEDİCİ FAKTLAR AÇIQLADI

26-12-2015, 12:38 | Oxunub: 6 539 |

DEPUTAT ŞOKEDİCİ FAKTLAR AÇIQLADI
Millət vəkili Zahid Oruc Beynəlxalq Bankın sabiq rəhbərinin türmədən məktub yazması barədə ilginc faktlar dilə gətirib.

"Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir” söyləyən millət vəkili MTN çetesinin oğurladığı milyardların marşrutu haqda danışıb.

Onun bu məktubuna iqtidaryönümlü deputat Zahid Oruc cavab verərək son dərəcə sensasion məlumatlar açıqlayıb, həmçinin maraqlı təkliflərlə çıxış edib.

Z.Orucun açıqlamasında əsas diqqətçəkən məqamlardan biri də hakimiyyətdaxili ziddiyyətlərin etiraf olunmasıdır. İndiyədək iqtidar ideoloqları, hakimiyyəti müdafiə edən deputatlar, ayrı-ayrı siyasətçilər və qəzetçilər deyirdilər ki, iqtidarda monolitlik var, hamı eyni maraqlara, xəttə xidmət edir. Amma artıq iş o yerə gəlib çatıb ki, özləri dövlətin ən yuxarı instansiyalarında ciddi fikir ayrılıqlarının, qarşıdurmanın olmasını etiraf edirlər.

Son devalvasiya üzündən bu hal daha da dərinləşib. Artıq 21 dekabr şoku iqtidara qarşı olan qüvvələri bir qədər də ürəkləndirib. Bəs görəsən narazı təbəqələri ətrafına cəmləşdirmək üçün keçmiş maliyyəçilərin pulları kara gələ bilərmi? Bu suallara millət vəkili Zahid Orucdan cavab istədik. Deputat musavat.com-a bunları söylədi: "Təkcə Cahangir Haciyevin deyil, heç bir bəndənin qandallanmasını istəmirik. İnsanlıq borcu hər kəsdən bunu tələb edir. Lakin ortada böyük cinayət faktları varsa, onu təhqiq etmək də dövlət orqanlarının bir nömrəli vəzifəsidir. Bu yerdə başqa məmurları, yaxud müxtəlif imtiyazlı iqtisadi dövriyyələrdə yer alanları toxunulmaz şəxs kimi ortaya qoyub onlara nəzərən ədalət mühakiməsindən özünü kənarlaşdırmağa çalışmaq da çıxış yolu deyil. Çünki ”presedent hüququ" bizim qanunvericilik sistemimizdə yoxdur. Ortada olan faktların bir çoxu hər kəsə bəllidir. Beynəlxalq Bankın sistem yaradıcı qurum olaraq sərəncamında olan vəsaitlərin səmərəsiz xərclənməsi inkarolunmazdır. Əslində çoxdan aparılan belə iqtisadi diversiya fəaliyyəti neft bumunun söndüyü və dövlətin digər mənbələrə müraciət etdiyi zaman üzə çıxdı".

Z.Oruc bildirib ki, hazırkı devalvasiyanın böyük faizdə həyata keçirilməsi və manatın dollar qarşısında mövqeyini iki dəfə itirməsi təkcə xarici amillərlə deyil, daxili iqtisadi-maliyyə siyasəti ilə birbaşa bağlıdır:"Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı iki hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir. Əgər təkcə ”Akula Akif"in seyfindən çıxan onlarla mülkiyyət aktlarını - İspaniyadan Baham adalarına qədər olan villaları pula çevirib dövlətə qaytarmaq mümkün olsa, Azərbaycanda dollar kreditçilərinin yükünü bir xeyli yüngülləşdirmək mümkün olardı".

Deputat bu məqamda maraqlı təklif də verib: "Elə buradaca xüsusi qeyd etməyə dəyər ki, Respublika Prokurorluğu və məhkəmə orqanları hazırda istintaqı aparılan böyük maliyyə cinayətlərinin və talan edilmiş dövlət vəsaitlərinin geri qaytarılmasını şəffaf qaydada, hamının gözü qarşısında həyat keçirməlidir. Yoxsa, oğurlanmış külli miqdarda vəsaitlərin bir əldən digərinə keçməsi millətə heç bir fayda gətirməyəcək. Cahangir Hacıyevin müdafiəsi üçün mediaya ardıcıl yeridilən məlumatların təhlili göstərir ki, hazırda devalvasiya şoku altında olan cəmiyyətdə özlərinə böyük dayaqlar tapmaq, hakimiyyətiçi qruplaşmaların qurbanı olduqları barədə saxta rəy formalaşdırmaq və özünü təmizə çıxarmaq üçün məxfi bir əməliyyat planı qurulub.

Əgər belə davam etsə, Beynəlxalq Bankın sabiq rəhbəri növbəti ”siyasi məhbus siyahısı"nın başında gedəcək. MTN-in yüksək çinli generalları zərərsizləşdirilsə də onların bir zaman əhali üzərinə yeriyən media silahları ortada sabotajçı əməllərində qalmaqda davam edir. Sistemli bir şəkildə Maliyyə Nazirliyini hədəfə götürməklə, yaxud hakimiyyətin siyasi rəhbərliyindən aldıqları qərar hesabına yüz milyonlara dair sərəncam verdiklərini adamların gözünə üfürməklə və idarəçiliyin onlara bəlli olan sirlərini cəmiyyətə açacaqları şantajı ilə məhkəmə ətrafında böyük bir təzyiq mexanizmi qurulub. Hətta ideal sayıla biləcək bir ssenaridir.

Yüz milyonları oğurla, sonra onun kiçik bir hissəsini mediadakı və daxili-xarici QHT-lərə xərclə, bununla da istənilən ağır cinayətin altından çıxmağa imkan qazanacaqsan. C.Haciyevin belə ideallaşdırılması və əhaliyə məqsədli şəkildə hazırkı iqtisadi sıxıntıların günahkar ünvanı kimi Maliyyə Nazirliyinin göstərilməsi Fərhad Əliyevin, Əli İnsanovun mələkləşdirilməsi üçün həyata keçirilən təbliğat üsulu ilə eynidir. Sabah yüksək çinli məmurlar haqda kompromat dalğası yenidən tirajlansa (hərçənd Eldar Mahmudovun küfr yuvası söküləndən sonra proses xeyli səngiyib) bunu da əvvəlki xəttin davamı hesab edə bilərsiniz. Kürdəxanı siyasi oyun mərkəzinə çevrilməkdə davam edir. Hər gün yeni-yeni bəyanatlar hakimiyyət sisteminə müqavimətin məhz VİP məhbuslar tərəfindən həbsxanadan veriləcəyini deməyə imkan yaradır.

Dövlət idarəçiliyinin çətinliyi bax bundadır - dünənə qədər xalqın gözündə maliyyə-kredit sistemini çökdürən, iqtisadiyyata zərbə vuranlar, sonra demokratiyanın yol verdiyi hüquqlardan - çamur atmağa, dezinformasiyalar yaymağa, mediada zərərdidə obrazında təqdim olunmağa, nəticədə ictimai rəyi siyasi iqtidarın üstünə qaldırmağa fürsət verir. Mətbuata xərclənən qara pullar isə xalqdan oğurlanmış və məzlumun haqqından mənimsənilmiş milyardların cüzi bir hissədir".

Z.Oruc bir tarixi paralel də aparıb: "Vaxtilə Martin Lüter kilsəni dövlətdən ayırmaq üçün hərəkata başlayanda dini hücrələr müxtəlif haqlar müqabilində, yəni, ödənişlər alıb Allah əvəzinə günahkarları ”bağışlayırdılar"! İndi də media şəbəkəsinin üstündə oturmuş katoliklərimiz çekist adına ləkə olanlara, yaxud talançı bankirlərə "günahsızlıq qəbzi” verməyə başlayıblar. Lakin orta əsrlər Romasında deyildiyi kimi, pulla məhbəsi satın ala bilərsən, lakin bütün xalqdan istədiyin azadlıq hökmünü əldə edə bilməzsən".(musavat.com)

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR