17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycan dünyada idman dövləti kimi tanınır”-İlham ƏLİYEV
"2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır"
“İdmançılarla görüşlərim artıq ənənəyə çevrilib. İdmanda uğurlarımız ildən-ilə artır, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanır”.
Mətbuatın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulması, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır: “Bu da onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, gənclərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Ölkədə həyata keçirilən düşünülmüş idman siyasəti gələcəkdə də yüksək pillələri fəth etməyə imkan yaradır ”.
Prezident İlham Əliyev bildirib ki, idmançılara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir: “İdmançıların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlər görülür. Bu proses bundan sonra da davam etdiriləcək. Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bu fakt beynəlxalq idman qurumların rəhbərləri tərəfindən də təsdiqlənir. Ölkədə yeni idman bazaları yaradılır, təlim-məşq prosesi və federasiyaların işi yaxşı təşkil olunur. Hazırda Azərbaycanda 41 olimpiya-idman kompleksi var, 10 olimpiya-idman kompleksinin tikintisi davam etdirilir. Paytaxtımızda da güclü idman infrastrukturu yaradılır”.