17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”-İlham ƏLİYEV
“Bakıda Birinci Avropa Oyunları keçirildi. Bu, unudulmaz günlər idi. Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”.
"EMTV.az" xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 24 il müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib: “İdmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. 50 olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yerə layiq görülüblər. Birinci Avropa Oyunlarında idmançılarımız 56 medal qazanıblar, bunlardan 21-i qızıldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi”.
Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı nüfuzlu “Formula-1” və şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək : “2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir və bu, qazanılan medalların sayına da təsir edir”.