17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Üzeyir Hacıbəyliyə həsr edilmiş fleşmob
Dekabrın 17-də Heydər Əliyev Beynəlxalq Hava Limanında gözlənilməz musiqili fleşmob keçirilib.
"EMTV.az" xəbər verir ki, şəhərin qonaqlarını birinci terminalın gəlmə zalında xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi, ölməz "Arşın Mal alan" operettasından uvertüra ifa edən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri qarşılayıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fleşmob eskalatorla aşağı enən nağara ifaçısının ritmik kompozisiyalar ifa etməsi ilə başlayıb. Nağara ifaçısının ardından, musiqiçilər sürpriz vəd edən musiqi kakofoniyası yaradan müxtəlif melodiyaları eyni zamanda çalaraq terminalının müxtəlif tərəflərindən zalın mərkəzinə toplaşmağa başlayıblar.
Gəlmə tablosunun qarşısında bir kollektivdə toplaşan orkestr ikinci mərtəbədə görünən Teymur Göyçayevin göstərişi ilə Üzeyir Hacıbəyovun məşhur əsərini möhtəşəm şəkildə ifa edib və bu da orada olan insanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu il Azərbaycanda görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 130 illiyi qeyd edilir.