SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

QƏBİRİSTANLIQLARA YENİ QAYDALAR TƏTBİQ EDİLƏCƏK

17-12-2015, 13:35 | Oxunub: 9 180 |

QƏBİRİSTANLIQLARA YENİ QAYDALAR TƏTBİQ EDİLƏCƏK
Azərbaycan qəbiristanlıqlarındakı məzarlar öz dəbdəbəsi ilə "göz oxşayır" desək, yanılmarıq. Çünki dünyanın heç bir ölkəsində rəhmətə gedənlər üçün bizdəkilərə oxşar "əbədi mənzil" qurmurlar. Bir sözlə, bizim qəbiristanlıqlarımızda da kimin varlı, kimin kasıb olduğu aydın görünür...

"EMTV.az"xəbər verir ki, uzun müddətdir haqqında söhbət gedən standart qəbir məsələsi isə artıq həll olunmaq ərəfəsindədir. Müvafiq dövlət qurumları belə deyir...

Təkcə paytaxtda 2-3 min manata, hətta daha baha qiymətə qəbir yerləri satıldığını nəzərə alsaq, bəs bu halda qəbir yerlərinin bahalığını görüb ölmək istəməyənlərin aqibəti necə olacaq?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hazırlanan qanun layihəsində bütün məsələlər nəzərə alınıb:

"Burada söhbət yalnız qəbir yerləri və qəbir daşlarından deyil, eyni zamanda vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydalarının müəyyənləşdirilməsindən gedir. Nəzərinizə çatdırım ki, bu çox geniş qanun layihəsidir və çox zəruri məsələləri özündə birləşdirir.

Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, "Bələdiyyələrin statusu haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir. Burada məqsəd standart qəbirlərin olmasıdır.

Həmçinin, qanun layihəsində qəbiristanlığın yaşayış massivindən hansı məsafədə yerləşməsi, hansı su hövzələri yanında salına bilməməsi, gigiyenik qaydalara hansı dərəcədə riayət olunması kimi məsələlər yer alıb".

Komitə sədri qeyd edib ki, bir nəfər üçün konkret qəbir yerinin ölçüsü də müəyyənləşib:

"Qəbir daşının hündürlüyü, uzunluğu, eni nə qədər olmalıdır, bir nəfər üçün neçə kvadrat yer ayrılmalıdır kimi məsələlər müəyyənləşdiriləcək. Eyni zamanda ardıcıllıq gözlənilməlidir. Məsələn, kimsə gəlib 1 hektar yer götürə bilməz ki, "mən nə vaxtsa öləndə burda dəfn edilim"".

Paytaxtda boş yerin məhdud olduğunu nəzərə alsaq, yeni qəbiristanlıqlar Bakıdan kənardamı salınacaq?

S.Novruzov yeni qəbiristanlıqların salınması üçün standart yerlərin müəyyənləşdiriləcəyini deyir:

"Elə qəbiristanlıqlar var ki, yaşayış məkanları ilə ara məsafəsi 20-30 metrdən çox deyil. Ayrı-ayrı xəstəliklər, kimyəvi tərkibli müalicələr var ki, qəbiristanlıqların yaxın olması buna əks təsir göstərir. Nəzərdə tutulub ki, yağış suları nə aşağıda, nə də yuxarıda olmalıdır. Standart olaraq yer müəyyənləşməlidir.

Bu layihənin ən əsas məqsədi zəngin və kasıb fərqi qoyulmadan, hamı üçün eyni qəbiristanlığın yaradılmasıdır".

İndiki halda qəbiristanlıqların yaşayış yerlərinə yaxın olduğunu nəzərə alsaq, qanun qüvvəyə mindikdən sonra onlar köçürülə bilərmi?

Deputat qeyd edir ki, qanunda qəbiristanlıqların köçürülməsi kimi məsələlərin hamısı öz əksini tapıb. O, həmçinin bildirir ki, qəbir yerləri üçün çox cüzi məbləğ müəyyənləşəcək:

"Qiymət məsələsi uyğunlaşdırılacaq. Bunun üçün hesablamalar aparılmalıdır. Sıravi vətəndaşlar üçün çox cüzi qiymət müəyyənləşib. Burada şəhid, Milli Qəhrəman ailələri, müharibə veteranları üçün çox böyük güzəştlər nəzərdə tutulub. Eyni zamanda imkansız insanların, kimsəsizlərin bələdiyyələr və digər strukturlar tərəfindən dəfni nəzərdə tutulub.

Onu qeyd etmək istəyirəm ki, qəbir yerləri üçün müəyyən ediləcək qiymət indikilərlə müqayisədə çox cüzi olacaq, təxminən10-15 dəfə az..".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR