17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ŞOK OLAY-HƏKİMLƏR DEKANI ÖLDÜRDÜ
Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davasına bu gün Ali Məhkəmədə baxılıb.
"EMTV.az" xəbər verir ki, Bu barədə mətbuata açıqlama verən zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layıcov bildirib ki, bugünkü prosesdə Ali Məhkəmə tərəfindən zərərçəkənin şikayəti qismən təmin edilib:
"Kassasiya şikayətimiz qismən təmin olundu və Apelyasiya Məhkəməsinin qərarının mənəvi zərərlə bağlı hissəsinə dəyişiklik edildi. Ali Məhkəmə klinakadan, eyni zamanda, digər həkimlərdən tutulan mənəvi təzminatın məbləğini bir qədər də artıraraq, 75 min manata çatdırdı”.
Aqil Layıcov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov tərəfindən yaradılan bu ilk müsbət presedent Ali Məhkəmədə daha da genişləndirilib:
"Etiraf edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsindən sonra başlayan istintaq işi və məhkəmə prosesləri, onların ciddi şəkildə ictimailəşməsi cəmiyyətdə həkim səhlənkarlığı ilə bağlı şikayətlərin sayına müəyyən qədər də olsa, təsir edib və həkim məsuliyyətsizliyinin qismən azaldığını statistika da təsdiqləyir. Bu, o deməkdir ki, Anar Niftəliyevin mərhum Elnarə Tofiqqozının timsalında ortaya qoyduğu prinsipiallıq, hüquq-mühafizə orqanlarının qətiyyəti və məhkəmə sisteminin bu məsələdə ciddi bir presedentin əsasını qoyması cəmiyyətə önəmli bir mesaj verib. Mesaj ondan ibarətdir ki, həkimlər artıq öz məsuliyyətini daha ciddi şəkildə dərk etməyə məcburdurlar. İndiyə qədər Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun prosesdəki humanist səyləri və başlatdığı presedentin rolu çox böyük oldu. İkram Şirinova, eyni zamanda, bu məhkəmə prosesinin uğurla başa çatmasında xüsusi rol oynayan Ali Məhkəmənin hakimlərinə - Əhməd Nurməmmədova, İslam Əliyevə və Akif İsgəndərova dərin təşəkkürlərimi bildirirəm. Onlar həkim məsuliyyətsizliyinin qarşısına böyük bir iradə ilə çıxdılar”.
Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov "Medi Sina” klinikasına qarşı cinayət işinin başlanması barədə çıxardığı qərarı Baş Prokurorluğa göndərib. Eyni zamanda, iddiaçıların maddi və mənəvi tələbinin yalnız mənəvi hissəsini qismən təmin etməklə, "Medi Sina” klinikasının 20 min, anestezioloq Firuz İbrahimovun 10 min, cərrah Mahir Məmmədovun 6 min, asistent Fərəcullah İdrisovun 6 min (ümumilikdə 42 min) zərərçəkənin ailəsinə ödəməsinə qərar verib.
İkram Şirinovun qəbul etdiyi qərarda zərərçəkən tərəfə maddi təzminat üçün ayrıca iddia qaldırması barədə müstəsna hüququnun olduğu da xatırladılıb.
Ali Məhkəmənin bu gün keçirilən iclasında isə zərərçəkən tərəfin mənəvi təzminatın artırılması barədə iddiası qismən təmin edilib. Belə ki, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən iclasın verdiyi qərara əsasən, "Medi Sina” klinikası 40 min, anestezioloq F.İbrahimov 15 min, cərrah Mahir Məmmədov 10 min, asistent Fərəcullah İdrisov 10 min manat mənəvi təzminat ödəməlidir.
Zərərçəkən Anar Niftəliyev açıqlamasında bildirib ki, Azərbaycanda mənəvi təzminat olaraq bu məbləğ ilk presedentdir:
"Hakimlərə ədalətli qərarlarına görə təşəkkür edirəm. İlk presedent olduğu üçün bu qərarı dəstəkləyirik. Ancaq əlbəttə ki, bu məbləğ Avropa meyarları üçün çox simvolik hesab olunur. Ona görə də mənəvi təzminatla bağlı iddiamızın Avropa Məhkəməsinə göndərilməsində qərarlıyıq.
Maddi təzminatla bağlı iddiamızı isə, qərarda göstərildiyi kimi, ilkin məhkəmə instansiyasına verəcəyik”.
Anar Niftəliyev artıq sözün Baş Prokurorluqda olduğunu da nəzərə çatdırdı:
"Məndə olan məlumata görə, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov hazırda dələduzluq maddəsi ilə həbs edilib, onun 3 sahibkarın etibarından sui-istifadə etməklə bir milyon manat miqdarında pul mənimsədiyi bildirilir. İnanıram ki, "Medi Sina” klinikası ilə bağlı məhkəmənin verdiyi qərarı da Baş Prokurorluq ciddi araşdıracaq və günahkarları layiqincə cəzalandıracaq”.
Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.
2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.
Hazırda anestezioloq F.İbrahimovla bağlı proses Ali Məhkəməyə göndərilib. Bu cinayət işi dekabrın 22-də, saat 9:40-da hakim Fərhad Kərimovun sədrliyi ilə davam edəcək.
Asistent Fərəcullah İdrisovla bağlı açılan cinayət işi isə Bakı şəhər BPİ-də tamamlanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. F.İdrisov CM-nin 29.178-ci maddəsi ilə təqsirləndirilir.(axar.az)