17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NEFTÇİLƏRİN AXTARIŞI DAVAM EDİR
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.
"EMTV.az" xəbər xəbər verir ki, Bu haqda Dövlət Neft Şirkətinin məlumatında deyilir.
"Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın "Boots and Coots" şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan birində yanğın, demək olar ki, söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək", - deyə dövlət şirkətindən bildirilib.
SOCAR-ın "Azneft" İstehsalat Birliyindən isə "APA-Economics"ə bildirilib ki, "Boots and Coots" şirkətinin sifarişi ilə gətirilən və "Günəşli" yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: "Artıq avadanlıqlar dənizə ötürülüb. "Boots and Coots" şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq".
İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.
"Azneft"dən o da bildirilib ki, "Günəşli" yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.