17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
FHN-in 10 illik yubileyi Muğan Regional Mərkəzində
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində FHN-in yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
"EMTV.az" FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə Muğan Regional Mərkəzinin rəhbərliyi, Salyan Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyətinin nümayəndələri, nazirliyin regionda fəaliyyət göstərən qurumlarının əməkdaşları iştirak etmişlər.
Tədbirdən əvvəl Regional Mərkəzin inzibati ərazisində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulmuş və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən tədbir nazirliyin yaradılması, strukturu və fəaliyyətini özündə əks etdirən vidoeçarxın nümayişi ilə başlanıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində FHN-in uğurla inkişaf etdiyini deyən Muğan Regional Mərkəzin rəisi, polkovnik Mehman Axundov mərkəzin fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərlə əlaqədar hesabat təqdim edib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və tədbirdə iştirak edən digər şəxslər, rayon ictimaiyyətinin nümayəndələri Muğan Regional Mərkəzinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək nazirliyin 10 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açıblar.