20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
QƏBƏLƏDƏ ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ YARIŞ BAŞA ÇATDI
Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmə və gənclərin taekvondo üzrə turniri başa çatıb.
"EMTV.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının Qəbələ rayon bölməsinin təşkilatçılığı ilə “Qafqaz Sport” otelinin idman zalında təşkil edilən turnirdə Bakı, Sumqayıt, Qəbələ, Ağdaş, Şamaxı, Kəlbəcər, Cəbrayıl, Ağsu və digər rayonlardan olan 160 oğlan və qız idmançı mübarizə aparıb.
Turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərini, idman sahəsində apardığı islahatları gənc nəslə çatdırmaq, həmçinin taekvondo idman növünü respublikada inkişaf etdirmək, yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, taekvondo üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdən ibarətdir.
Gərgin mübarizə şəraitində keçən turnirdə qalib idmançılara diplomlar təqdim edilib.