SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NARDARANDA YENİDƏN GƏRCİNLİK ARTIR

3-12-2015, 19:53 | Oxunub: 10 291 |

NARDARANDA YENİDƏN GƏRCİNLİK ARTIR

"Əvvəlki günlərdə olduğu kimi Nardaranda gecə və gündüz əməliyyatlar davam edir. Kənddəki postların sayı artırılıb. Demək olar ki, hər küçənin girişində polis postu var”.

EMTV.az xeber verir ki, bu fikirləri ans press-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, qurulan postlarda vətəndaşların sənədləri yoxlanılır və giriş-çıxış üçün icazə verilir:

N.Kərimov deyir ki, hazırda kənddə yoxlamalar davam edir. Saxlanılan şəxslərin də çoxu dindirildikdən sonra buraxılır.


Bundan başqa, kəndə polislərin dincəlməsi üçün çadırlar da gətirilib:

"Yəqin ki, polis əməkdaşları Nardaranda çox qalacaq. Onların burda olmasının bizim üçün heç bir problemi yoxdur”.

Kəndin girişində hərəkəti məhdudlaşdıran beton plitələr qoyulub. Buna səbəb isə yoxlamanı daha asan həyata keçirməkdir.

Natiq Kərimov kənddə silah-sursat aşkarlanmasına da münasibət bildirib:

"Kənddən silah-sursat nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov da kənddə olarkən bildirdi ki, kimdə silah varsa bir qırağa atsın və polisə məlumat versin. Hüquq-mühafizə orqanı əməkdaşları bütün silah-sursatı aşkar etməmiş kənddən getməyəcək. Mən özüm də kənd sakinlərinə tapşırmışam ki, kimdə silah-sursat varsa müvafiq şəxslərə məlumat versin".

Kəndin isə hazırda ən böyük problemi elektrik enerjisi ilə bağlıdır. Belə ki, 26 noyabrdakı əməliyyatdan sonra kəsilən elektrik enerjisi bərpa olunmayıb. Bu problem sakinləri çox narahat edir:

"Əgər enerji verilsə sakinlər də öz evlərinə yığışar. Ancaq bu problem hələ də həll edilməyib. Ailələr odun sobasından istifadə edir və bütün ailə qızınmaq üçün bir sobanın ətrafına cəmlənir".

Elektrik enerjisinin verilib-verilməyəcəyi ilə bağlı suala "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin cavabı çox qısa olub:

"Onlar elektrik enerjisinə görə yaranan borclarını verdilər?".

Qurum rəsmisi başqa açıqlama verməkdən imtina edib.

Xatırladaq ki, Nardaranda keçirilən xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR