17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NARDARANIN DAHA 20 SAKİNİ HƏBS EDİLDİ
Dekabrın 1-də güc qurumlarının Nardaranda keçirdiyi reyd zamanı 20-yə yaxın adam saxlanılıb. "EMTV.az" xəbər verir ki, bu barədə Turan-a qəsəbənin Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, polis əməliyyatında məqsəd silahların yığılmasıdır. Əsasən DİN rəhbərinin müavini Vilayət Eyvazov bir qrup yerli sakinlə görüşərək kimdə silah varsa təhvil verməsinin vacibliyini bildirib.
N.Kərimov də kimdə silah varsa təhvil verməyə çağırıb.
“Əgər mən bilsəydim ki, kimdəsə silah var, özüm alıb dövlətə təhvil verərdim”, - N.Kərimov vurğulayıb.
O ümidvar olduğunu bildirib ki, saxlanılanlar azad ediləcək, çünki onların çoxunun doğmalarının sözlərinə görə, qanunazidd heç bir hərəkət törətməyiblər.
Öz növbəsində Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov AzTV-yə müsahibəsində bildirib ki, “Nardaranda ictimai təhlükəsizliyin təminatı üzrə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilənə qədər qəsəbədə xüsusi operativ tədbirlər davam etdiriləcək”.
Onun sözlərinə görə, qəsəbə ərazisində buraxılış reyiminə ciddi əməl olunur.
Ş.Məmmədov xüsusi əməliyyatın başa çatma müddətini dəqiqləşdirməyib.
AzTV həmçinin Nardaranda dini məzmunlu plakatların söküldüyünə dair kadrlar göstərib.
Lakin əvvəlkitək qəsəbədə elektrik enerjisi yoxdur, stasionar telefon rabitəsi işləmir, mağazaların çoxu bağlıdır. Polis qüvvələri əhalinin evdə qalmasını tələb edir.
Faktiki olaraq fövqəladə vəziyyət üçün xarakterik tədbirlər həyata keçirilir. Lakin bu, rəsmən elan edilməyib.