SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Nuşirəvan Səfərov nə sürücülük vəsiqəmi qaytarır, nə də…” – Vəkil DYP rəisini ittiham edir

2-07-2019, 03:11 | Oxunub: 12 682 |

“Nuşirəvan Səfərov nə sürücülük vəsiqəmi qaytarır, nə də…” – Vəkil DYP rəisini ittiham edir

“Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ötən il mənə qarşı törətdiyi qanunsuz əməllər bu gün də davam edir.

Dəfələrlə yazılı və şifahi müraciətlərimə baxmayaraq, Nuşirəvan Səfərov (BDYP rəisi-red.) mənim nə sürücülük vəsiqəmi, nə də barəmdə tərtib olunmuş protokolla bağlı Binəqədi Rayon Məhkəməsinin bu qurum əleyhinə çıxardığı qərarın icrası ilə bağlı yekun sənədləri vermir”.

Emtv.az xəbər verir ki, bu sözləri yerli mətbuata açıqlamasında vəkil Bəhruz Bayramov deyib.

Xatırladaq ki, ötən il Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru T.Həsənəliyev vəkilin sərxoş olması iddiası ilə (İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1 maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətmək) barəsində protokol tərtib olunub.

Bu olay yol polisi tərəfindən ölkənin kütləvi informasiya vasitələrinə də çıxarılmışdı. Sonradan bəlli olub ki, Bəhruz Bayramov ayıq sürücü ilə mənzilinə gedib.

Həmin zaman ayıq sürücü xidməti çağırışın olmasına dair rəsmi sənədi də məhkəməyə təqdim edib.

BDYPİ vəkillə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, bu prosesdə biabırçı duruma düşüb.

“Nuşirəvan Səfərov nə sürücülük vəsiqəmi qaytarır, nə də…” – Vəkil DYP rəisini ittiham edir

Belə ki, məhkəmə yol polisinin təqdimatını rədd edib. Səbəb kimi isə vəkillə bağlı təqdim edilən sənədlərin İnzibati Xətalar Məcəlləsinin 8 maddəsinin pozulması ilə tərtib olunması göstərilib.

Bundan sonra BDYPİ yenidən vəkillə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin 09.04.2019-cu il tarixli qərardadı ilə müraciət geri qaytarılıb.

Bəhruz Bayramov bildirib ki, qanunla müəyyən olunan müddət başa çatsa da, yol polisi məhkəməyə müraciət etməyib: “İki aydan çox müddət keçib. İndi mənə nə sürücülük vəsiqəmi, nə də həmin hadisə ilə bağlı yekun qərarı təqdim etmirlər. Dərk edirlər ki, böyük qanunsuzluqğa yol veriblər. Həm böhtan atıblar, həm də şəxsi həyatın toxunulmazlığı hüququma müdaxilə edilib. Ona görə də mən bu məsələdə axıradək prinsipiallıq edəcəyəm”.

Vəkil Nüşirəvan Səfərovun bu qanunsuzluğu barəsində yeni DİN rəhbəri Vilayət Eyvazova da şikayət edəcəyini deyib.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR