SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib

1-07-2019, 19:59 | Oxunub: 9 902 |

Azərbaycanda 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib

Azərbaycanda pozuntulara yol verən 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Yığıncaqda bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar cari ildə Nazirlik tərəfindən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər qeyd olunub.

Toplantıda 38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın Nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi bildirilib.

Eyni zamanda görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2800 hektar torpaq sahəsi geri qaytarılıb.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR