17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
DTX RƏİSİNİN QARABAĞ DÖYÜŞLƏRİNDƏKİ GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.
Emtv.az xəbər verir ki, bu təyinat günlərdir müzakirə olunur.
Təhlükəsizlik məsələləri üzrə eskpertlər, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl və Ərəstun Oroclu açıqlamalarında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildiriblər.
“Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.
Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb.
Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.
Bizdə Emtv.az olaraq Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edirik.
Sevinc Əlimova,
Emtv.az