SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SABİQ DEPUTATIN OĞLUNUN 758 MİNLİK DƏLƏDUZLUQ İŞİ – Məleykə Abbaszadənin telefon danışığı açıldı

1-07-2019, 14:15 | Oxunub: 10 350 |

SABİQ DEPUTATIN OĞLUNUN 758 MİNLİK DƏLƏDUZLUQ İŞİ – Məleykə Abbaszadənin telefon danışığı açıldı

Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Elvin Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev dindirilib.

O, “Risk” şirkətində anbardar işlədiyini deyib. Sərbəst ifadə verən Nail Seyfullayev vəzifəsinin anbarda mallara nəzarət etmək olduğunu bildirib.

“Rəhbərliyin imzası ilə gələn sənədə əsasən malı buraxırdıq. Heç kim sənədsiz mal çıxara bilməzdi. Elvinin də imzası ilə anbardan mal çıxarılıb. Amma malın hara, kimə, neçəyə satılmasından xəbərim yoxdur. Mən Elvinin həbs edilməsini eşidəndə şoka düşdüm. Buna heç cür inana bilmirdim. Mənim indi də ürəyim ağrıyır ki, Elvin ordadır. Elvin müştərilərlə yaxşı əlaqəsi olan, işi quran adam idi. Onun adını həmişə görülən yaxşı işlərdə eşitmişəm”- deyə şahid qeyd edib.

Suallara cavab verən Nail Seyfullayev söyləyib ki, şirkətdən Elvindən başqa şəxslər də mal götürüb: “Hər kəslə bir-bir hesabatlar aparılıb. Kimin malı hara göndərdiyi, satdığı sənədlərlə sübuta yetirilir”.

Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov da ifadə verib.

Anbarda çalışdığını deyən Aşımov qeyd edib ki, Elvinin imzası ilə gələn mallar anbardan çıxarılıb.

Elvin Məmmədov isə deyir ki, mallar onun imzası olan sənədlərlə çıxarılsa da, kimə çatmasından xəbərsizdir. O iddia edir ki, malları anbardan götürən başqa şəxslər olub.

Şahid Aşımov qeyd edib ki, Elvinin və digər vəzifəli şəxslərin imzası olan sənədlər olmasaydı, mallar anbardan çıxarılmazdı: “Malları kimin hara aparmasını bilimirəm. Amma fakt budur ki, mallar yoxdur”.

Prosesdə Tofiq Məmmədov da şahid qimsində dindirilib. Tofiq Məmmədov şirkətdə kompüter sistemində malların anbardan çıxarılmasına nəzarət etdiyini deyib. O bildirib ki, onun razılığı olmasa, mallar anbardan çıxarıla bilməzdi. Sifariş sistemdə görünürdü. Mən də rəhbərliyə zəng edirdim ki, sifariş var. Malın kimə, hara getməsi dəqiqləşdirilirdi, mənə razılıq veriləndə çıxışa icazə verirdim. Sistemdə “razılıq verirəm” düyməsini vurduqdan sonra mal anbardan çıxırdı”.

SABİQ DEPUTATIN OĞLUNUN 758 MİNLİK DƏLƏDUZLUQ İŞİ – Məleykə Abbaszadənin telefon danışığı açıldı

Şahidlərin ifadələrindən məlum olub ki, “yox” olan mallar əsasən Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb.

Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.

Elvin Məmdova bunu etiraf edərək bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.

Məhkəmə iclası iyulun 2-də davam etdiriləcək.

Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən “Happy Baku” MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.


Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR