SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazir: "Azərbaycanla BƏƏ arasında..." - FOTO

26-06-2019, 15:01 | Oxunub: 19 867 |

Nazir: "Azərbaycanla BƏƏ arasında..." - FOTO

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dostluq münasibətləri müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafına şərait yaradıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki , bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri xanım Hessa Buhumaid ilə nazirlikdə keçirilən görüşdə qeyd edib.

Nazir ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlər, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verib.

O, milli sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi, əhaliyə "bir pəncərə"dən, habelə proaktiv xidmətlərin təşkili, DOST layihəsinin reallaşdırılması sahələrində aparılan islahatları diqqətə çatdırıb. Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, aztəminatlı ailələrin kiçik biznesə çıxışına dəstək olan özünüməşğulluq proqramı barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzindən bəhs edən S.Babayev həmin Mərkəzin Təşkilata üzv ölkələr, eləcə də Azərbaycan və BƏƏ arasında layiqli əməyin təminatı, məşğulluq, əmək bazarı proqramlarının genişləndirilməsi, sosial müdafiə, sosial tərəfdaşlığın gücləndirilməsi və s. sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Xanım H.Buhumaid BƏƏ-nin Azərbaycanla əlaqələrinin dost münasibətləri əsasında inkişafının məmnunluq doğurduğunu deyib.

O, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq gündəliyinin daim genişlənməkdə olduğunu, sosial sahədə də fəal əməkdaşlığın qurulmasının, təcrübə və məlumat mübadilələrinin aparılmasının önəmli ola biləcəyini vurğulayıb.

Görüşdə iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair müzakirələrlə davam edib.

Ümid Abdullayev
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR