17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Ümumdünya Gənclər Nazirlərinin Konfransında təmsil olunub - FOTO
Lissabonda Ümumdünya Gənclər Nazirlərinin Konfransı və "Lisboa+21" Gənclər Forumu təşkil olunub.
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasından (NAYORA) Emtv.az-abildiriblər ki, forumda gənclər sahəsi üzrə nazirlərin görüşü keçirilib.
Tədbirdə BMT-nin portuqaliyalı Baş katibi Antonio Quterreş və Portuqaliyanın Baş Naziri iştirak ediblər. Forumda ölkəmizi Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və NAYORA-nın sədri Məryəm Məcidova təmsil ediblər.
Dünya Gənclər Nazirlərinin iclasının açılış mərasimində Lissabon şəhərinin meri, Portuqaliyanın Təhsil naziri və Gənclər Təşkilatları Milli Şurasının sədrinin çıxışı dinlənilib.
Tədbirin birinci günündə beynəlxalq mövzuların aktuallığı, okeanlar, çoxtərəfli münasibətlərin vacibliyi, iqlim dəyişikliyi, həmçinin BMT-yə aid ümumi məsələlər müzakirə olunub. Sonrakı gündə isə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, BMT-nin Baş katibi Antonio Quterreş çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən "Gənclər və dövlət" sessiyasının məruzəçiləri qismində iştirak ediblər.
Növbəti gün gənclərin problemləri, nazirlər və gənclər təşkilatlarının təmsilçiləri arasında BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri - 2030" Gündəliyi çərçivəsində gənclər siyasəti və proqramları müzakirə edilib.
Forumun bağlanış mərasimində BMT Baş katibinin gənclər üzrə səfiri Cayatma Vikramanayake tərəfindən təqdim olunmuş "Lisboa+21" bəyannaməsi elan edilib.
Tədbir BMT-nin Baş katibi Antonio Quterreşin yekun nitqi ilə başa çatıb.
Mərhəmət Lələyev
Emtv.az