18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.
Emtv.az xəbər verir ki, Nazirlikdən bildiriblər ki, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda idman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi və s. məsələlər olub.
Gənclər sahəsində olunan əsas müraciətlərə isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin tikintisi və təmiri daxildir.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Emtv.az